top
Rayon olimpiadasının birincisi: “Sürü otararkən də dərslərimlə məşğul oluram” - FOTO
28 fevral 2025, 10:32
- ↺ +

Rayon olimpiadasının birincisi: “Sürü otararkən də dərslərimlə məşğul oluram” - FOTO

 

Samux məktəblisi olan Arzunun sosial şəbəkədə paylaşılan şəkli “Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanlarından olan Qaraca çobanı xatırladıb.

Muallim.edu.аz samuxlu “Qaraca çoban”ı yaxından tanımaq üçün onunla həmsöhbət olub.

Samux rayonunun Çobanabdallı kəndində yaşayan 13 yaşlı Arzu Qədimov H.Zərdabi adına tam orta məktəbin 7-ci sinif şagirdidir. O,  demək olar ki, hər gün dərs oxumaqla yanaşı, atasına kömək etmək məqsədilə sürü də otarır.

Arzu ötən il Lütfi Zadə adına məntiq olimpiadasında rayon birincisi olub. Bu uğuruna görə ilk növbədə özünəinamına borcludur. İşlərini  planlaşdıra bilməsi, hazırlığını düzgün həyata keçirməsi də uğur qazanmasında xüsusi rol oynayıb.

Arzu kənd həyatını çox sevir. O, kənddə yaşamağın bir çox üstünlüklərinin də olduğunu düşünür:

“Kənddə təhsil almağın yaxşı tərəfi odur ki, məktəbimiz evimizə yaxındır. Oraya piyada gedib-gəlirəm. Sürü otarmaq mənə öyrətdi ki, heyvanlar insanların ən yaxın dostu ola bilər. Təbiət  çox gözəldir və biz bu gözəlliklərə zərər verməməliyik”.

O, təbiət qoynunda keçirdiyi vaxtı daha dəyərli sayır:

“Bir çox kənd uşaqları da mənimlə razılaşar ki, sosial şəbəkələrdə vaxt keçirməkdənsə, təbiətin qoynunda olmaq daha gözəldir...”

“Əvvəllər polis olacağımı düşünürdüm, amma indi həkim olmağı  arzulayıram. Xəstə insanları sağaltmaq istəyirəm”, - deyə bildirib. Arzunun həyatı onu göstərir ki, kəndin sadə, təbiətə yaxın olan mühitində də böyük uğurlar əldə etmək mümkündür. İnanırıq ki, Arzu gələcəkdə yalnız öz arzularını reallaşdırmayacaq, həm də başqalarına örnək olacaq.

Rayon olimpiadasının birincisi: “Sürü otararkən də dərslərimlə məşğul oluram” Rayon olimpiadasının birincisi: “Sürü otararkən də dərslərimlə məşğul oluram”

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər