Gəncə şəhərinin Şahsevənlər küçəsində yerləşən qapaqsız lük problemi uzun müddətdir ki, öz həllini tapmır. Bu haqda məlumatı Gencexeber.az bu gün, 22 mart tarixində verir.
Belə ki, lükün qapağının olmaması, əsasən də gecə vaxtlarında burada hərəkət edən sürücülər üçün təhlükə yaradır. Sakinlər bildirirlər ki, dəfələrlə sürücülər bu lükə düşərək avtomobillərinə ziyan dəyib.