Gəncədə qanunsuz fəaliyyət göstərən müəssisə müəyyən edilib. Bu haqda 24 fevral tarixində AQTA-ya istinadən məlumat veririk.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Yeni Məhsəti qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Bəxtiyar Tağıyevə məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində yoxlama keçiriblər. Nəticədə burada bir sıra qayda pozuntuları üzə çıxıb.
Müəssisədə şüşə butulkaların yuma və doldurulma sahəsində istifadə olunan avadanlıqların paslana bilən materialdan təşkil edildiyi, yuma sahəsində su trapının birbaşa açıq kanalizasiya xəttinə ötürüldüyü, təmizlik işlərinin aparılmadığı və digər istehsalçı müəssisələrə aid olan ikinci əl şüşə butulkalardan istifadə edildiyi müəyyən olunub.
Nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.