Şəmkir sakini ərini bıçaqlayıb.
Gencexeber.az məlumat verir ki, hadisə rayonun Qasımalılar kəndində baş verib. 1991-ci il təvəllüdlü Aynurə Cəfərova münaqişə zəminində həyat yoldaşını, 1983-cü il təvəllüdlü Namaz Cəfərovu bıçaqlayıb.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.