Azərbaycan Premyer Liqasında bu ilin ilk oyun cədvəli məlum olub. Bu haqda məlumatı Gencexeber.az yanvarın 6-da məlumat verir.
Misli Premyer Liqasında XIX turun oyun proqramı açıqlanıb. 22 yanvar tarixində Gəncənin “Kəpəz” futbol klubu əzəli rəqibi olan Tovuzun “Turan” komandası ilə üz-üzə gələcək.
Gəncə stadionunda aparılan təmir işlərinə görə ev oyunlarını Tovuzda keçirən “Kəpəz” “Turan”ı Qəbələ şəhər stadionunda qəbul edəcək.