top
Vladimir Putin İlham Əliyevdən üzr istədi
28 dekabr 2024, 16:40
- +

Vladimir Putin İlham Əliyevdən üzr istədi

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gencexeber.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 15:00

TƏBİB 7 milyonluq tibbi vasitə alır

Bütün xəbərlər
Dünən, 13:00

Fermada əqli qüsurlu qadına təcavüz edən şəxsə hökm oxundu

Tarix
Dünən, 11:00

Gəncədə vaxtı ilə fəaliyyət göstərən və ictimai nəqliyyatın ilk növü olan omnibus

Bütün xəbərlər
11 aprel 2026, 18:00

Sirkə turşusundan zəhərlənən qadın Gəncədə ölüb

Bütün xəbərlər
11 aprel 2026, 16:49

"Kəpəz"in baş məşqçisi komandasını tanıya bilmir

Gəncəbasar
11 aprel 2026, 16:48

22 yaşlı gənc "VAZ-2107"ni aşırıb

Bütün xəbərlər
11 aprel 2026, 16:00

İki avtomobil toqquşub, xəsarət alanlar var

Bütün xəbərlər
11 aprel 2026, 14:32

14 nömrəli marşrutun hərəkət sxemi açıqlanıb

Bütün xəbərlər
11 aprel 2026, 13:44

Sabah yağış yağacağı gözlənilir

Bütün xəbərlər
11 aprel 2026, 12:53

DYP: Avtoqəzalarda ölənlərin üçdə biri KƏMƏR BAĞLAMAYANLARDIR

Bütün xəbərlər
11 aprel 2026, 12:02

Gəncəli cərraha Almaniyada vəzifə verildi

Bütün xəbərlər
11 aprel 2026, 10:38

Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib

Bütün xəbərlər
11 aprel 2026, 09:46

Gəncədə təhlükə yaradan problem KÖKÜNDƏN həll edildi

Bütün xəbərlər
10 aprel 2026, 17:25

15 yaşlı qızı qaçırdı, ata olacaq - MƏHKƏMƏ

Bütün xəbərlər
10 aprel 2026, 16:05

"Kəpəz"in futbolçusu Türkiyədə əməliyyat edildi

Bütün xəbərlər
10 aprel 2026, 14:16

Sabah 20 dərəcə isti olacaq

Bütün xəbərlər
10 aprel 2026, 13:39

Asiya İnkişaf Bankı: "Azərbaycanda qida inflyasiyası artacaq"

Bizim fəxrimiz
10 aprel 2026, 12:45

Gəncəli bahadır 22 yaşında "BÖYÜK məşqçi" adına layiq görülüb

Bütün xəbərlər
10 aprel 2026, 11:48

Gəncədə 12 nömrəli məktəbin təmirə ehtiyacı var

Bütün xəbərlər
10 aprel 2026, 11:16

Gəncədə 50 yaşlı kişi intihar edib

Bütün xəbərlər
10 aprel 2026, 10:17

Gəncədə Vaqo və Mahrunun PULSUZ konserti olacaq

Bütün xəbərlər
09 aprel 2026, 18:00

AFFA Ehtiram Quliyevi cəzalandırdı

Bütün xəbərlər
09 aprel 2026, 17:54

Gəncədə qadın sürücü həmcinsini vurdu

Bütün xəbərlər
09 aprel 2026, 17:38

Gəncə şəhər stadionunda ot örtüyü salınır? – İDDİA

Oxşar xəbərlər