top
Prokuror qızla oğlanın öldüyü qəzada günahlandırılan sürücüyə ağır cəza istədi, amma…
06 mart 2025, 10:52
- ↺ +

Prokuror qızla oğlanın öldüyü qəzada günahlandırılan sürücüyə ağır cəza istədi, amma…

 

Samuxda yol qəzasında iki polis əməkdaşının ölümündə günahlandırılan Allahverdi Behbudovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclasının bəzi detalları məlum olub.

Pravda.аz xəbər verir ki, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, prokuror protestində Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışının təyin edilməsini istəyib.

“Belə ki, iş üzrə hər iki zərərçəkmis şəxsin hüquqi varisləri ibtidai istintaqın əvvəlindən hökm çıxarılan günədək təqsirləndirilən şəxsdən şikayətçi olublar. Bununla yanaşı təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirinin olmadığını bildirib. Bu amillər məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmayıb. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatında da zərərçəkmiş Ləman Süleymanzadənin atası olan hüquqi varisi Nazim Süleymanov Allahverdi Behbudova ağır cəza təyin olunmaqla, onun cəzalandırılmasını tələb edib. Həmçinin iş üzrə digər hüquqi varis cəzaya münasibət bildirərkən aralarında hər hansı razılığın olmaması, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən tələb edib. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsə maddənin sanksiyasında minimum olan, cəzaçəkmə müəssisəsinin növünə təsir edən 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi açıq-aşkar təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi əmələ, həmçinin əmələ olan münasibətinə uyğun olmayıb. Allahverdi Behbudovun zərərçəkmiş şəxsin hüquqi varislərdən biri ilə barışması onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini tələb etmir. Hətta hər iki zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi belə təqsirləndirilən şəxsə maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini mütləq şərtləndirmir. Göründüyü kimi həmin normanın tətbiqi məhkəməyə yalnız əsas cəza kimi 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasından daha ağır cəza təyin etməsini qadağan edir. Beləliklə, məhkəmə məhkuma onun törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin edib. Odur ki, göstərilənləri nəzərə alaraq Allahverdi Behbudovun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”, - dövlət ittihamçısı bildirib.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi protest və şikayəti təmin etməyib. Ali Məhkəmədə də protest və şikayəti təmin etməyib.
İttihama görə, hadisə 16 avqust 2020-ci il tarixində Samux rayonu ərazisində qeydə alınıb.

Hadisədə iştirak edən “NEW Holland TC-5050” markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü “Mercedes” markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər