Gəncədə pişik qətli ilə bağlı hazırlanan karikatura sosial şəbəkələrdə geniş yayılıb. Bu haqda Gencexeber.az 10 yanvar tarixində məlumat verir.
Ötən gün şəhər ərazisində pişiyin asılaraq öldürülməsi barədə məlumat vermişdik. Hadisə ilə bağlı İnstagram sosial şəbəkəsində fəaliyyət göstərən "Onları sən qoru" adlı səhifə karikaturalı paylaşım edib. Bu post 32 mindən çox "like", 12 mindən çox şərh yığıb və minlərlə istifadəçi onu "repost" edib.
Sözügedən xəbər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İnsanlar bu hadisəni törədən şəxs və ya şəxslərin cəzalandırılmasını tələb ediblər. Post, həmçinin bir sıra məşhurlar tərəfindən də paylaşılıb.