Gəncədə pediatrlarla görüş olacaq. Bu haqda 28 mart tarixində Azərbaycan Pediatriya Cəmiyyətinə istinadən məlumat veririk.
Azərbaycan Pediatriya Cəmiyyətinin nümayəndələri şəhərimizi ziyarət edəcəklər. Burada Gəncə regional iclası təşkil olunacaq. Məqsəd bölgədəki pediatrlarla yenilikləri paylaşıb müzakirə etməkdir.
Tədbir 8 aprel tarixində “Şah Abbas Karvansaray” hotelində baş tutacaq. İclasa qeydiyyat ödənişsizdir.
İştirak etmək istəyən şəxslər (099) 885 23 07, (099 885 23 06) nömrələri ilə əlaqə saxlaya bilərlər.