top
Özündən yaşca böyük oğlanla görüşdü, məhkəməyə düşdü
28 aprel 2025, 17:08
- ↺ +

Özündən yaşca böyük oğlanla görüşdü, məhkəməyə düşdü

 

Gəncə şəhərində 2002-ci il təvəllüdlü Fərid yetkinlik yaşına çatmayan Fatiməyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.

Teleqraf.аz xəbər verir ki, Gəncə şəhər sakini Fərid 2023-cü ilin may ayının sonlarında Fatiməni yaşadığı yataqxananın otağına aparıb. Qızın razılığı ilə onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Fatiməni ailə üzvlərinin vasitəsi ilə 2022-ci ildən tanıyıb: “Hərbi xidmətdən gələndən sonra anam Maya mənə tanışı Nərminənin də razılığı ilə onun qızı Fatimə ilə tanış olmağımı təklif etdi, qızın mobil telefon nömrəsini mənə verdi.

Fatimə ilə bir müddət telefonla danışdıq, Gəncə şəhərində orta məktəbin bufetində bir neçə dəfə görüşdük. Daha sonra onun ailə üzvləri bizim münasibətlərimizə razı olmadıqları üçün danışıqları azaltdıq. Fatiməni evdə incitməsinlər deyə onunla daha az əlaqə saxladım”.

Fərid qeyd edib ki, 13 iyun 2023-cü ildə saat təxminən 10 radələrində yatdığı vaxt polis əməkdaşları onun evinə gəlib: “Fatimənin evdən qaçdığını, mənimlə bir yerdə olub-olmadığını soruşdular. Ondan xəbərsiz olduğumu bildirdim. Bir gün sonra polis əməkdaşları yenidən yaşadığım evə gəlib məni 2-ci polis şöbəsinə apardılar. Orada mənə Fatimə ilə onun razılığı əsasında cinsi əlaqədə olduğumu bildirdilər. Mən isə deyilənləri təkzib elədim, onun harada olmasını bilmədiyimi söylədim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fatimənin sözlərinə görə, Fəridi təxminən 2022-ci ilin iyun ayından tanıyıb: “Əvvəlcə “Instagram” vasitəsi ilə, sonra isə mobil telefonla danışdıq. Aramızda sevgi münasibətləri yarandı. Bir neçə dəfə şəhər ərazisində görüşərək söhbət etdik. Fərid fikrinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini söylədi. Sevdiyim üçün onun sözlərinə inandım. Biz danışan zaman Fərid 9-cu sinifdə oxuduğumu və 15 yaşımın olduğunu bilirdi”.

Fatimə qeyd edib ki, 2023-cü ilin may ayında Fərid onu dayısının yaşadığı yataqxananın birinci mərtəbəsində yerləşən evinə dəvət edib: “Bir yerdə həmin evə getdik. Evdə Fərid mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Məni sevdiyini və mənimlə ailə həyatı quracağına inandığım üçün razılıq verdim. Otaqdakı çarpayıda öz razılığımla Fəridlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldum.

Həmin vaxt Fəridin anası da evə gəldi və bizi bir yerdə gördü. Fərid mənimlə cinsi əlaqədə olan vaxt bu barədə heç kimə, heç nə deməməyimi bildirdi. Lakin sonradan evdən qaçdığıma görə məni həkim müayinəsindən keçirdilər, bakirəliyimin pozulması ortaya çıxdı, anama və xalama bu barədə danışdım. Ailəm Fəridlə ailə qurmağıma razı olmadıqları üçün onunla cinsi əlaqədə oldum ki, ailəm məcbur qalıb məni Fəridə ərə versinlər”.

İş üzrə ifadə verən yetkinlik yaşına çatmayan Fatimənin qanuni nümayəndəsi və anası Nərminənin sözlərinə görə, iyunun 13-də təxminən səhər üzü saat 5 radələrində işdən gəlib və görüb ki, qızı Fatimə evdə yoxdur: “Anamın yanına gedəcəyini fikirləşib ona zəng vurdum. Anam isə Fatimənin onlarda olmadığını bildirdi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim.

Səhəri gün bacım mənə zəng vurub bildirdi ki, Fatimə gecə zəng vuraraq evdə sıxıldığını və onlara getmək istədiyini deyib. Bacım da gecə gedib Fatiməni öz evlərinə aparıb. Mən də bacıma Fatiməni evdə tapmadıqda polisə müraciət etdiyimi dedim.

Polis əməkdaşları Fatiməni Gəncə şəhər 2-ci polis şöbəsinə apardılar, izahatını aldıqdan sonra tibbi ekspertizadan keçirdilər. Onun bakirəliyinin pozulduğu müəyyən edildi. Fatimə mənə Mayanın oğlu Fəridlə guya sevgili olduğunu və onu alacağı barədə vədlər verərək dayısının yataqxanada olan evinə apardığını, həmin evdə cinsi əlaqədə olduğunu bildirdi.

Mən Fatimənin Fəridlə telefonda danışdığını bilirdim. Buna görə qızımla daim mübahisələr edirdim. Lakin Fatimə mənə məhəl qoymur, Fəridlə danışırdı.

Fatimə Fəridin onu həmin evə bir neçə dəfə apardığını, Mayanın da bunu gördüyünü bildirdi. Maya qızıma Fəridlə bir yerdə cinsi əlaqədə olmağı və sonra evdən qaçmağı məsləhət görüb. Fatimənin bakirəliyinin pozulduğunu bildikdən sonra Maya və onun bir qadın qohumu yanıma gələrək qızımı başqa həkimin yoxlamalı olduğunu dedilər.

Mən də qızımı Abbas Səhhət adına xəstəxanada ginekoloqun yanına apardım. Lakin o, bakirəliyi ancaq ekspert-həkimin yoxlamaq hüququ olduğunu deyərək müayinədən imtina etdi. Qızım Fatimə mənə 2023-cü ilin aprel və may aylarında yataqxananın birinci mərtəbəsində Fəridlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, Fəriddən başqa heç kimlə cinsi əlaqədə olmadığını söylədi”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Oxşar xəbərlər