Gəncədə mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar. Bu haqda 28 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Sakinlərdən birinə məxsus olan mənzildən 3375 manat dəyərində müxtəlif məişət əşyaları oğurlanıb. Baş Polis İdarəsinin ikinci Polis Şöbəsinin əməkdaşları tədbirlər keçiriblər.
Nəticədə hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlar P.Məhərrəmov, N.Rəhmətulin, H.Hüseynov və S.Abbasovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.