Oğurlanmış qızılları Gəncədə satan şəxs tutulub. Bu haqda 29 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Söhbət G.Bağırovadan gedir. O, Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1200 manat olan qızıl-zinət əşyaları oğurlayıb. Cinayəti törətməkdə şübhəli bilinən qadın törətdiyi əməli etiraf edib.
G.Bağırova həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.