top
Oğlunu qətlə yetirən ata: Soruşdu ki, qazandığım pulu nə etmişəm...
28 aprel 2026, 10:52
- ↺ +

Oğlunu qətlə yetirən ata: "Soruşdu ki, qazandığım pulu nə etmişəm..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə oğlunu öldürməkdə ittiham olunan atanın – İlqar İlyasovun ittiham aktı elan olunub.

Pravda.аz xəbər verir ki, ittihama görə, hadisə 15 noyabr 2025-ci il tarixdə, saat 21 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fərdi yaşayış evində baş verib. İstintaq materiallarına əsasən, İlqar İlyasov 37 yaşlı oğlu, zərərçəkmiş Rəşad İlyasovun mütəmadi olaraq spirtli içki qəbul etməsi və evdə narazılıqlar yaratması səbəbindən artıq gərginləşmiş ailədaxili münasibətlər fonunda onunla növbəti dəfə mübahisə edib.

Hadisə günü sərxoş vəziyyətdə evə qayıdan Rəşad atasına səhər saatlarında tanımadığı şəxsin avtomobilinə əl etməsi, eləcə də işlədiyi halda qazanc əldə edə bilməməsi ilə bağlı iradlar bildirib. 

Mübahisənin gedişində İlqar İlyasov oğlunun davranışlarına son qoymaq məqsədilə onu öldürmək qərarına gəlib. O, masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Rəşad İlyasova bir dəfə zərbə endirib. Zərbə nəticəsində zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthindən daxilə keçən, sol ağciyəri zədələyən və kəskin qan itirməyə səbəb olan ağır xəsarət alıb. Nəticədə o, hadisə yerində həyatını itirib.

Məhkəmə istintaqı zamanı İlqar İlyasov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, yemək zamanı az miqdarda spirtli içki qəbul edib. Ata oğlunu öldürmək niyyətinin olmadığını, sadəcə qorxutmaq istədiyini deyib. Bildirib ki, əvvəllər aralarında ciddi münaqişələr olmayıb və Rəşad heç vaxt ona əl qaldırmayıb, yalnız bir dəfə mübahisə zamanı əşya sındırıb. İlqar İlyasov törətdiyi əməldən peşman olduğunu qeyd edib.

Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İlqar İlyasovun həyat yoldaşı məhkəməyə İlqar İlyasovla barışdıqlarını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin hökmü ilə İlqar İlyasov 9 il müddətə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Oxşar xəbərlər