“O şimdi asker” mahnısı ilə tanınan türk ifaçı Tuğba Ekinci azərbaycanlıdır və əslən Gəncə şəhərindəndir.
Gencexeber.az məlumat verir ki, bunu o, sosial şəbəkələrdəki çoxsaylı açıqlamaları zamanı bildirib. Xanım ifaçı əlavə edib ki, ata-babaları Gəncədəndir.
Tuğba Ekinci hətta Azərbaycanda yayımlanan verilişlərin birinə telefonla bağlanaraq bu barədə deyib:
“Siz mənim gəncəli olduğumu bilirsiniz? Mənim ata-babalarım Gəncədəndir”.