Gəncəli idman hakimi beynəlxalq seminarda iştirak edib. Bu haqda 5 iyun tarixində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Slovakiyanın Bratislava şəhərində WAKO Beynəlxalq Kikboksinq hakimlik seminarı keçirilib. Seminarda iştirak edən beynəlxalq dərəcəli hakim Anar Məmmədov təlimi uğurla başa vurub. O, beynəlxalq hakim sertifikatını əldə edib.