Akademik Rus Dram Teatrının heyəti Gəncəyə səfər edib. Bu haqda Gencexeber.az 24 mart tarixində məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramı ilə bağlı tətil günlərində bölgələrə qastrol səfərləri həyata keçirilir. Proqrama əsasən, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olub. Kollektiv Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirib.
[modula id="34734"]