Gəncədə hava yağmurlu keçir. Bu haqda 16 mart tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat veririk.
Milli Hidrometeorologiya Xidməti bu gün, martın 16-sı saat 15:00-a olan faktiki havanı açıqlayıb. Qurumdan bildirilib ki, Gəncəyə qar yağır. Analoji hava şəraiti, həmçinin Göygöl rayonunda da müşahidə olunur.
Qeyd edək ki, Kürdəmir rayonunun Atakişili kəndinə və Naxçıvana dolu düşüb.