Gəncə ən çox nikah qeyd olunan şəhərlər arasında yer alıb. Bu haqda 25 fevral tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Azərbaycanda ən çox nikahın qeydə alındığı şəhərlərin adları açıqlanıb. Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, 2022-ci ildə qeydiyyat orqanlarında 61.930 nikah dövlət qeydiyyatına alınıb.
Say baxımından Gəncə ilk üçlükdə yer alıb. Burada Bakı və Sumqayıt şəhərləri də var.