Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Andrew's Ties Baku” ticarət markasının direktoru Yavər Məmmədovla görüşüb.
Gencexeber.az adıçəkilən quruma istinadən məlumat verir ki, bir müddət əvvəl “Andrew's Ties Baku” ticarət markası tərəfindən Azərbaycanın qədim şəhəri Gəncəyə həsr edilmiş qalstuk təqdim olunub. Görüş zamanı Yavər Məmmədov yeni dizaynla istehsal olunan ilk qalstuku simvolik olaraq şəhər rəhbərinə hədiyyə edib.
Niyazi Bayramova məlumat verilib ki, qalstukun dizaynı hazırlanarkən Gəncə xanlığına məxsus bayrağın elementlərindən istifadə edilib. İki rəngdə istehsal olunan qalstuk həmçinin Gəncəyə məxsus xalça naxışları ilə bəzədilib. Qalstuk 100% ipək olmaqla italiyalı ustalar tərəfindən istehsal edilib və əl işidir.

