Gəncədə daha bir yeni təyin olunmuş əməkdaşla görüş keçirilib. Bu haqda 13 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Niyazi Bayramov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polkovnik Pərviz Qədirovla görüşüb. Şəhər rəhbərliyi qeyd edib ki, etibarlı gömrük xidməti hər zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. İcra başçısı Pərviz Qədirova işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Qədirov bundan öncə Dövlət Gömrük Komitəsi Sərhəddə Gömrük Prosedurlarının təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.