Goranboy rayonunda qonşular arasında düşən dava zamanı bir nəfər xəsarət alıb.
Gencexeber.az bildirir ki, rayonun Mənəşli kəndində baş verən hadisə nəticəsində 1993-cü il təvəllüdlü Tural Tanrıyevdiyev Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, adıçəkilən şəxs qonşuluqda yaşayan şəxslə musiqi üstündə dava edib.
Faktla bağlı araşdırma başlanılıb.