Gəncədə “Xalqın Mədəni Sərvəti” layihəsi çərçivəsində keçirilən tədbir başa çatıb. Bu haqda 17 fevral tarixində Apa-ya istinadən xəbər veririk.
Görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunmuş Musiqi Paradı başa çatıb. Paradın təntənəli bağlanışı Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunub. Burada uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sərgisi təşkil olunub.
Tədbirdə layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edib. Onun sözlərinə görə, bu cür layihələr şəhərimizin klassik mədəni həyatında hadisəyə çevrilib. Bundan sonra da bu növ layihələrin gerçəkləşməsində Filarmoniya öz xidmətlərini göstərəcək. Daha sonra Kamera Orkestrinin müşayiəti ilə Qara Qarayevin əsərləri səsləndirilib.