Göygöldə yol-nəqliyyat hadisəsi olub.
Gencexeber.az-ın məlumatına görə, Göygöl İcra Hakimiyyətinin qarşısında təcili yardım avtomobili ilə "VAZ 2106" markalı minik maşını toqquşub.
Toqquşma zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. İlkin məlumata görə, təcili tibbi yardım avtomobili xəstə gətirən zamanı qəzaya düşüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Baş verən qəza ilə bağlı araşdırma aparılır.