Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 14 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Hadisə ötən gecə saat 23:32-də qeydə alınıb. Şəhər ərazisində yerləşən və mühafizə olunan marketlərin birindən Gəncə Regional Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Polis əməkdaşları əraziyə gələrək operativ tədbirlər görüblər.
Nəticədə oğurluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini C.Novruzov hadisə yerində saxlanılıb. O, 1-ci Polis Şöbəsinə təhvil verilib.