Gəncədə mənzildə meyit tapılıb. Bu haqda 9 yanvar tarixində Oxu.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Şahlar Hüseynov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb. 54 yaşlı R.Tağıyevin meyiti yaşadığı ünvanda aşkarlanıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Kişinin ölüm səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.