Gəncəli şagird respublika müsabiqəsində uğur əldə edib. Bu haqda 5 yanvar tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsində təltif olunmuş şagirdlərlə görüşüb. Qədiməliyev şagirdləri əldə etdikləri nəticə ilə bağlı təbrik edib və müvəffəqiyyətlər arzu edib.
Onların arasında 27 nömrəli məktəb-liseyin VII sinif şagirdi Ramal Poladov da yer alıb. Məktəblimiz “Əl işi” nominasiyası üzrə II yerə layiq görülüb. O, Fəxri Fərmanla təltif edilib.