Gəncədə təhsil alan şagirdlər yarışda uğur qazanıblar. Bu haqda 25 iyun tarixində 32 nömrəli tam orta məktəbə istinadən xəbər veririk.
Bakı şəhərində “Princess Cup 2024” Beynəlxalq yarışı keçirilib. Burada Banu Şahin qızı Ələsgərova birinci, Mehin Kamil qızı Məmmədzadə isə ikinci yerə layiq görülüblər.
Qeyd edək ki, iştirakçılar 32 nömrəli tam orta məktəbin 3-cü və 5-ci sinif şagirdləridir.