Gəncədə şahmat turniri baş tutub. Bu haqda 7 fevral tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Turnir Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil edilib. Yarış Gənclər və İdman Baş İdarəsinin, Regional Ədliyyə İdarəsinin və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilib. Turnir məhkəmə hakimləri və ədliyyə işçiləri arasında baş tutub.
Yarışlar 2 gün davam edib. Yekunda Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Regional Ədliyyə İdarəsinin rəisi İlkin Nəcəfov iştirakçılara diplom və təşəkkürnamələr təqdim ediblər.