Gəncəli şahmatçı beynəlxalq yarışda irəliləyib. Bu haqda 4 avqust tarixində Şahmat Federasiyasına istinadən məlumat veririk.
Bakıda şahmat üzrə Dünya Kubokunun II mərhələsi başa çatıb. Burada ölkəmizi təmsil edənlər arasında Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva da mübarizə aparır. Şahmatçımız qara fiqurlarla Polşa təmsilçisi Monika Soçkonu üstələyib. O, rəqibini 1,5-0,5 hesabı ilə məğlub edib.
Təmsilçimiz adını III mərhələyə yazdırıb.