Gəncə şəhərində yeni layihələrin inşa edilməsi planlaşdırılır. Bu haqda 9 mart tarixində Gancapost-a istinadən xəbər veririk.
"Kristal Abşeron” şirkəti şəhərimizdə satış mərkəzi açıb. Şirkət şəhərimizdə yeni layihələr inşa etməyi nəzərdə tutur. Burada məqsəd Gəncə şəhəri və ətraf ərazilərdə yaşayıb mənzil sahibi olmaq istəyənləri bu imkana daha yaxın etməkdir.
Şirkət artıq inşa edilən layihələrinin satışını bu yeni mərkəzdə həyata keçirəcək. Həmçinin buradan Bakı, Sumqayıt, Xırdalan şəhərlərində hazırlanan layihələr idarə ediləcək.