Şəmkirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib. Ehtimala görə, 57 yaşlı Arzuman Hidayət oğlu Məmmədzadə və 43 yaşlı Mayisə Cabir qızı Bayramova yedikləri pomidor turşusundan zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdirliblər. Vəziyyətləri normaldır.