Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.
Gencexeber.az məlumat verir ki, 1988-ci il təvəllüdlü N.Pənahov qarın nahiyəsindən yaralanıb.
O, əvvəl Ağstafa Mərkəzi Rayon Xəstəxanasına, sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaxınlarının bildirdiyinə görə, zərərçəkən sərxoş halda toyuq kəsən zaman ehtiyatsızlıqdan bıçaqla özünə xəsarət yetirib.