top
Kinomuzun “Koroğlu”sunun doğum günüdür
19 mart 2025, 11:32
- ↺ +

Kinomuzun “Koroğlu”sunun doğum günüdür

 

Gəncəli aktyor və rejissor Əfrasiyab Məmmədovun doğum günüdür.

Gencexeber.az məlumat verir ki, Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncə şəhərində dünyaya göz açıb.

O, 1945-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İsgəndərov Əfrasiyab Məmmədovun səhnə görünüşünü bəyənib, onu aktyorluq kursuna keçirib. Daha sonra isə Adil İsgəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına aktyorluğa qəbul edib.

Əfrasiyab Məmmədov “Koroğlu” (Rövşən, Koroğlu), “Qızmar günəş altında” (Eldar), “Kişi sözü” (Nəbi), “O olmasın, bu olsun” (Sərvərin dostu), “Sehirli xalat” (Sərdar), “Əmək və qızılgül” (çeçen) və bir çox filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor “Otello”, “Vaqif", “Ailə namusu” kimi tamaşalarda oynayıb. O, həmçinin Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru kimi çalışıb və eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.

Məmmədov kinoda obrazları səsləndirən qismində də çalışıb. O, “Böyük dayaq”da Çoban Kərəmi, “Əmək və qızılgül”də Müsiti, “Əhməd haradadır?”da inşaatçını və digər filmlərdə müxtəlif rolları səsləndirib.

Əfrasiyab Məmmədov 18 noyabr 1990-cı ildə 62 yaşında Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

2011-ci ildə Əfrasiyab Məmmədovun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və aktyorun şəxsi arxivi yaradılıb. 2013-cü ildə isə aktyorun xatirəsinə “Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov” adlı sənədli film çəkilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumuruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Dünən, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Dünən, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Dünən, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
28 sentyabr 2026, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
28 sentyabr 2026, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
28 sentyabr 2026, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
28 sentyabr 2026, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Oxşar xəbərlər