top
Kibritlə heykəl hazırlayan gəncəli sənətkar: “Heç vaxt əl işimi satmamışam” - ÖZƏL MÜSAHİBƏ
21 fevral 2025, 18:00
- ↺ +

Kibritlə heykəl hazırlayan gəncəli sənətkar: “Heç vaxt əl işimi satmamışam” - ÖZƏL MÜSAHİBƏ

 

Gencexeber.az-ın bugünkü müsahibi heykəltəraş Aftandil Məlikovdur.

Müsahibəni təqdim edirik:

- Aftandil bəy, öncə özünüz haqqında məlumat verin.

- 1966-cı ildə Gəncə şəhərində dünyaya göz açmışam. 1983-cü ildə Mirzə Ələkbər Sabir adına orta məktəbi bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşam. 1990-cı ildə həmin ali təhsil müəssisəsini bitirmişəm. Lakin həkim olaraq çalışmadım, ticarət ilə məşğul oldum. İllərdir ki, həkimlik peşəsindən tamamən uzağam.

- Kibrit çöpü ilə heykəl hazırlamağa necə başladınız? Bu ideya necə yarandı?

- 2001-ci il ildən başladım. Yanımda söhbət edirdilər ki, bir nəfər kibritdən gəmi düzəldib. Bu sözü eşitdiyim andan özümü sınamaq istədim. Yoxladım və alındığını gördüm. İlk olaraq mən də gəmi hazırladım. Özümü yavaş-yavaş təkmilləşdirdim. 12-13 dənə böyük gəmi yığdım. Onları da hədiyyə etmişəm. Daha sonra artıq heykəl hazırlamağa başladım.

- Kibrit çöpü ilə işləməyin sizin üçün xüsusi bir mənası varmı?

- Kibrit ilə sosial şəbəkələrdə yaxşı əl işləri görmüşəm. Lakin mən işlədiyim formada əl işinə rast gəlməmişəm. Qala, qəsr, Kreml, Eyfel Qülləsini yığanlar olub. Lakin mən yığdığım formada əl işi görmədim.

- Hər hansı bir çətinliklə qarşılaşırsınızmı?

- Kibrit ilə işləmək çox çətindir, bunun asan bir tərəfi yoxdur.

- Hazırlanma prosesi necə gedir? Hər hansı bir xüsusi texnika istifadə edirsinizmi?

- Mən kartonla işləyirəm. Adi kartonların qalınından istifadə edirəm. 10 dənə kartonu üst-üstə yığanda 1 santimetr edir. Mən onu sıxıram. 10 sm üçün 100 karton yığıram. İşlədiyim işin böyüklüyünə görə dəyişir. Kiçik işim olmayıb. Əksəriyyəti böyükdür. Cavad xanın fiqurunu hazırlayıramsa, onun atının şəklinin siluetini çəkib o formada kartonla sıx yığıram. Ölçü alınandan sonra laqunda ilə forma verilir. Bu işdə mənə Gəncədə heykəltəraş Qasım Qasımov kömək edir. Mənim heykəltəraşlıqda müəllimim Qasımdır.

- Kibrit çöpü ilə yaradılan əsərlərinizi təqdim etdiyiniz sərgilər olubmu?

- Əsərlərim İstiqlaliyyət muzeyində, Nizami adına Ədəbiyyat və İncəsənət muzeyində saxlanılır. 2015-ci ildən muzeylərə təqdim etmişəm. Elə əsərlər var ki, vermək istəmirəm. Rəcəb Tayyib Ərdoğanın heykəlini özünə təqdim etmək arzusundayam.

- Nə qədər vaxt sərf edirsiniz bir əsəri ərsəyə gətirmək üçün?

- Ən azı 15 saat işləyirəm. Elə işlərim var ki, illərlə, aylarla başa gəlir. Yarım saatlıq, 5 saat işlər deyil. Çünki 5 kibriti yan-yana qoyanda bir santimetr edir. İki kibriti birdən qoymaq da mümkün deyil. Dənə-dənə qoyulur. Vaxt tələb edən bir işdir. İstədiyim vaxt, istirahət edə-edə işləyim, - belə şey yoxdur.

- Məşhurlardan kimin portretini hazırlamısınız?

- Ulu öndər Heydər Əliyev ilə cənab prezident İlham Əliyevin bayrağımızın üzərində hündürlüyü 1 metr 90 sm, uzunluğu 2,5 metr olan heykəlini hazırlamışam. Bakıda İstiqlaliyyət muzeyi var. Ora təqdim etmişəm.

Nizami Gəncəvi, Cavad xanın heykəllərini də düzəltmişəm. Cavad xan atın üstündədir. Nizami adına Ədəbiyyat və İncəsənət muzeyinə təqdim etmişəm.

2016-cı ilin oktyabr ayının 7-dən Rəcəb Tayyib Ərdoğanın heykəlini hazırlamağa başladım. 2021-ci il noyabr ayının 7-də başa çatdırdım. Çox çətin oldu. Həyatda olan insandır. Bunu elə hazırlamaq lazımdır ki, ona oxşasın. Ərdoğanın heykəlinin hündürlüyü 3 metr 30 sm-dir. Yarım milyona yaxın kibrit çöpü istifadə etmişəm. 1000-ə yaxın karton, 170 kiloqram yapışqan işlətmişəm.

- Tələbələriniz varmı?

- Çox adam olub. Gəlib, saatlarla oturub əl işlərimə baxıb, darıxıblar. O qədər vaxt aparan işdir ki, izləyən şəxs darıxır. Neçə adam olub ki, demişəm, gəlin, öyrənin. Öyrənib, biznesə də çevirə bilərlər. Deyiblər ki, buna səbir lazımdır.

- Gəlir əldə edə bilirsinizmi?

- Çox işlərim var. Lakin heç birindən gəlir əldə etməmişəm. Heç vaxt əl işimi satmamışam. Hədiyyə vermişəm, lakin satmamışam.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
29 sentyabr 2026, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
29 sentyabr 2026, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
29 sentyabr 2026, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
29 sentyabr 2026, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
29 sentyabr 2026, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
29 sentyabr 2026, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Oxşar xəbərlər