Gəncə sakini oğurluq üstündə saxlanılıb. Bu haqda 17 iyul tarixində DİN-ə istinadən məlumat veririk.
Bakı şəhər Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini İ.Məmmədov saxlanılıb. O, rayon ərazisində “Hyundai” markalı avtomobildən içərisində pul olan pulqabı oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.