Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə birgə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olub.
Gencexeber.az bildirir ki, Kaxaber Abdaladze müəssisənin rəhbərliyi ilə görüşüb, zavodun fəaliyyəti ilə yerində tanış olub.
Görüşdən sonra qonaqlar müəssisəyə baxış keçiriblər. Həmçinin, “Gəncə Avtomobil Zavodu” İB-nin uşaq bağçasını da ziyarət ediblər. Rəsmilər zavodun fəaliyyətinə uğurlar arzulayıblar.