Misli Premyer Liqasında dekabr ayının ən yaxşı 5 qolu açıqlanıb.
Gencexeber.az məlumat verir ki, 5-liyə Orxan Əliyev (“Kəpəz”), Cordan Rezabala (“Sumqayıt”), İssa Cibrila (“Zirə”), Toral Bayramov (“Qarabağ”) və Papol Şavrankonun (“Sabah”) vurduğu qollar daxil olub.
Bu qollardan biri xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən ayın ən yaxşı qolu kimi müəyyənləşdiriləcək.