Premyer Liqanın başa çatan ilk yarısında ən çox futbolçudan yararlanan klublar bəlli olub.
Sportinfo.аz xəbər verir ki, "Kəpəz" bu göstəricidə hamını qabaqlayır.
Gəncə klubu 18 turda 28 futbolçudan istifadə edib. Ən az oyunçudan yararlanan “Turan Tovuz”dur. Qərb təmsilçisi 18 turu 21 futbolçu ilə keçirib.
Qeyd edək ki, hazırda "Kəpəz" turnir cədvəlinin 9-cu, "Turan Tovuz" isə 3-cü pilləsindədir.