Regionumuzdan olan 3 məktəbli Respublika fənn olimpiadasında tarix fənni üzrə 1 qızıl, 2 bürünc medal qazanıb.
Gencexeber.az-a bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Goranboy rayon R.Əliyev adına Kəhrizli kənd tam ortaməktəbin şagirdi Fazilə Paşayeva olimpiadada qızıl medal qazanıb.
Göygöl rayon Ü.Quliyev adına Toğanalı kənd tam orta məktəbin şagirdi Türkan Abbasova ilə Goranboy rayon Qırıxlı kənd tam orta məktəbin şagirdi Ruzi Tağızadə bürünc medal qazanıb.
Qeyd edək ki, qaydalara əsasən olimpiada qalibləri ali məktəbə imtahansız qəbul ola bilər.