Gəncə təmsilçisi rəqibi ilə görüşdə uğur qazanıb. Bu haqda 23 yanvar tarixində futbol klubuna istinadən xəbər veririk.
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib.
Oyun “sarı-göylərin” 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Şakir Seyidov və 71-ci dəqiqədə Martins Junior vurublar.