"Kəpəz" Peşəkar Futbol Klubu və Tripsome.az əməkdaşlığa başlayıb. Bu haqda Gencexeber.az 25 mart tarixində kluba istinadən məlumat verir.
Artıq futbol klubunun oyunlarına biletləri sözügedən saytdan əldə etmək mümkündür.
Növbəti oyunda "Kəpəz" "Səbail"ə qarşı oynayacaq. Görüş 1 aprel tarixində saat 15:30-da baş tutacaq. Oyun Gəncə şəhər stadionunda təşkil olunacaq. Biletlərin qiyməti 3 və 10 manatdır.