Gəncə təmsilçisinin növbəti oyununun vaxtı açıqlanıb. Bu haqda 23 may tarixində PFL-ə istinadən məlumat veririk.
Misli Premyer Liqasının sonuncu, XXXVI turunun oyun cədvəli paylaşılıb. “Kəpəz”in növbəti rəqibi “Qəbələ” olacaq. Matç 27 may tarixində saat 17:30-da Qəbələ şəhər stadionunda baş tutacaq.
Oyun canlı olaraq, “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq.