“Kəpəz” Premyer Liqada ölkə liderlərindən birini məğlub etdi. Bu haqda bu gün, 7 avqust tarixində Gencexeber.az məlumat verir.
Premyer Liqanın ilk turunda təmsilçimiz “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Bu oyun həm də yeni baş məşqçimiz Azər Məmmədovun debüt oyunu olub.
"Bu oyun həm də tarixi derbi çərçivəsində sınağım idi. Qələbə qazandığımız üçün təbii ki, sevincliyik. Klub rəhbərliyi əlindən gələnin artığını edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu transferləri reallaşdırdıqdan sonra daha yaxşı "Kəpəz" görəcəyik", - deyə o, qeyd edib.