“Kəpəz” futbolçusu ilə yeni müqavilə imzalayıb. Bu haqda 13 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
Mate Kvirkviya ilə danışıqlar uğurlu nəticələnib. Klub gürcüstanlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Tərəflər bir il müddətinə anlaşıblar.
Xatırladaq ki, “sarı-göylər” 27 yaşlı yarımmüdafiəçini ötən mövsüm transfer ediblər.