Gəncə təmsilçisinin dəyəri açıqlanıb. Bu haqda 4 avqust tarixində Report-a istinadən məlumat veririk.
“Transfermarkt” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərini elan edib. Siyahıya əsasən, “Kəpəz” son yerdə qərarlaşıb. “Sarı-göy”lərin hazırkı dəyəri 2,48 milyon avro təşkil edir.
Siyahıda ilk üç yeri müvafiq olaraq, “Neftçi” (14,8 milyon avro), “Qarabağ” (12,9 milyon) və “Sabah” (11,23 milyon) klubları paylaşır.