Gəncə təmsilçisi növbəti transfer edib. Bu haqda 12 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
"Kəpəz" sabiq yarımmüdafiəçisi Əli Səmədovu heyətinə qatıb. Gəncə futbol məktəbinin yetirməsi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Səmədov ötən mövsümün ikinci hissəsini "Şamaxı"da keçirib. O, sözügedən komandaya "Kəpəz"dən transfer olunmuşdu.