Gəncə təmsilçisi yoxlama oyununa çıxacaq. Bu haqda 6 iyul tarixində Fanat.az-a istinadən məlumat veririk.
2023/24 mövsümünə hazırlığını davam etdirən klublar yoxlama oyununda qüvvələrini sınayacaqlar. “Kəpəz” ilk matçda “Səbail” ilə qarşılaşacaq.
Oyun sabah, 7 iyul tarixində saat 18:00-da Bakı Olimpiya Stadionunun köməkçi meydanında keçiriləcək.