Gəncə təmsilçisi növbəti oyuna hazırlaşır. Bu haqda 17 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” yeni mövsümə hazırlıq mərhələsində artıq iki yoxlama oyunu keçirib. Bakıda təlim-məşq toplanışında olan təmsilçimiz elitanın debütantı "Araz-Naxçıvan" ilə qarşılaşacaq. Matç 20 iyul "Dalğa Arena"da baş tutacaq.