Təmsilçimiz növbəti rəqibini qəbul edəcək. Bu haqda 14 fevral tarixində “Kəpəz” PFK-ya istinadən məlumat veririk.
“Kəpəz” Misli Premyer Liqasının 23-cü tur oyununa 17 fevral saat 14:00-da çıxacaq. Gəncə şəhər stadionunda Şamaxı təmsilçisi ilə baş tutacaq oyunun biletləri aşağıdakı məntəqələrdə satışa çıxarılıb:
– Gəncə şəhər stadionunun kassası (oyun günü);
– “Offside club” – Ruzigar Qasımov küçəsi;
– “Offside” futbol meydançası – Elbrus Allahverdiyev küçəsi;
– “Kolorit” kafesi – Cavadxan küçəsi;
– “Emmi” parfum – Xəmsə park;
– “Caspi” parfum” – Nizami küçəsi.