Gəncəni I Divizionda təmsil edən komanda növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 1 mart tarixində Kəpəz Akademiyasına istinadən məlumat veririk.
“Kəpəz-2” “Sumqayıt-2”yə qarşı oynayacaq. Matç I Divizionun XXV turu çərçivəsində baş tutacaq.
Oyun sabah, 2 mart tarixində saat 15:00-da təşkil olunacaq. Tərəflər Kapital Bank Arenanın ehtiyat meydançasında qarşılaşacaq.